Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini müalicə edən
həkim Tamar Davraşvili “Viva Med” klinikasında bildirib ki,
“müalicə lazım olduğu kimi gedir”.
Tamar Davaraşvili bu gün mediaya kiçik şərh verib, lakin üçüncü
prezidentin səhhətindən danışmayıb.
"Müalicə olduğu kimi gedir. Komissiya indi gəlir və hər
şey həll olunacaq, məhkəmə qərar verib", - Tamar
Davraşvili bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvilinin işinin hakimi Nino Çaxnaşvili aprelin 25-də
penitensiar xidmətə “Empatiya” Mərkəzinin ekspertlərinin
Saakaşviliyə baş çəkməsinə şərait yaradılması haqqında tapşırıq
verib.