Qaribaşvili NATO Sammitində iştirak üçün İspaniyaya gedib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun Madrid Sammitində iştirak etmək məqsədilə İspaniyaya gedib.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilini Sammitə NATO-nun baş katibi Yens Stoltenberq dəvət edib.

“İrakli Qaribaşvili Madridə səfəri çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək. Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir",
- deyə məlumatda bildirilib.
Mənbə: apa.az
Print