Gürcüstanda COVID-19-a həftəlik yoluxma mini keçib
Gürcüstanda son həftə ərzində koronavirusa 1 058 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli Mərkəzindən bildirilib.

İyunun 20-dən 26-dək olan müddətdə daha 646 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 1 660 429 nəfər yoluxub. Onların 1 642 476-sı sağalıb, 16 841-i ölüb.

Mənbə: İnterPressNews
Print