16 yaşlı Suracın köməyə ehtiyacı var
16 yaşlı Surac Mamulaşvili (Mahmayev) Leykemiya xəstəliyindən əziyyət çəkir. Ona 4 ay əvvəl İaşvili klinikasında kəskin limfoblastik leykemiya diaqnozu qoyulub. Suracın ailəsindən müalicənin ilk mərhələsi üçün 10 000 lari tələb olunub. Onun ailəsi müalicə üçün Suracı Bakı şəhərinə aparıb və müalicənin ilk mərhələsi həyata keçirilib.

Lakin Surac hazırda təcili əməliyyat olunmalı və Türkiyəyə getməlidir. Donor isə onun kiçik qardaşıdır. Suracın əməliyyatı üçün ailəsinin 120-140 min dollar pula ehtiyacı var.

Qeyd edək ki, Surac Mamulaşvili (Mahmayev) Balakən rayonunun, İtitala kəndində gürcü sektorunda təhsil alır. Onun ən böyük arzularından biri İvane Cvaxişvili adına Tbilisi Dövlət Universitetində təhsil almaqdır.

Suraca kömək etmək istəyənlər aşağıdakı bank hesabına istədikləri məbləği köçürə bilərlər.
  • Gürcüstan Bankı: GE74BG0000000533377355
  • TBC Bank GE77TB7749345061700001
  • Şəxsiyyət nömrəsi - 01891008512
  • Hesab nömrəsinin sahibi: Uveis Qarayev
  • Tel: 555-44-77-41

"Marneuli" Radiosu
Print