İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ
dollarından çox investisiya yatırıb.
Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan
İsmayılov bildirib.
Onun sözlərinə görə, həmin məbləğin 1,5 milyard dolları Dövlət Neft
Şirkətinin (SOCAR) payına düşür.
"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olmaqla bu ölkəyə ən
çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri
Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Onların hesabına qonşu
ölkədə minlərlə iş yeri yaradılıb. Koronavirus (COVID-19)
pandemiyasına baxmayaraq, ötən il iki ölkə arasında ümumi dəyəri 1
milyard dollardan çox olmaqla ticarət aparılıb", -
deyə səfirlik rəsmisi qeyd edib.