İqtisadiyyat may ayında 11,6% artıb - ilkin məlumatlar
İlkin hesablamalara görə, 2022-ci ilin may ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə real Ümumi Daxili Məhsul (ÜDM) artımı 11,6 faiz, 2022-ci ilin ilk beş ayı üzrə orta göstərici isə 11,2 faiz təşkil edib. Bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin may ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, bütün sektorlarda artım müşahidə olunub.

"Aşağıdakı sektorlar artıma əhəmiyyətli töhfələr verib: nəqliyyat və anbar, elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı, otellər və restoranlar, istehsal, tikinti və mədən sənayesi"
, - Millii Statistika İdarəsinin bəyanatında deyilir.

Mənbə: Netgazeti
Print