KİV: “Gürcüstan hökumətində kadr dəyişiklikləri gözlənilir”
Gürcüstan hökumətində kadr dəyişiklikləri gözlənilir.

Bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, parlamentin Diaspor və Qafqaz məsələləri üzrə Komitəsinin sədri Beka Odişariya mədəniyyət, gənclər və idman naziri təyin olunacaq. Hazırkı nazir Tea Tsulukianinin namizədliyi isə təhsil naziri və yaxud səfir vəzifəsi üçün nəzərdən keçirilir.

Hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze yayılan məlumatları təkzib edib. O deyib ki, həqiqətə uyğun olmayan informasiyaları müxalifət çarəsizlikdən yayır.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google