İyun ayında Gürcüstanda cəmi 6 məhsul ucuzlaşıb
2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,2 faiz, illik inflyasiyanın səviyyəsi isə 12,8 faiz təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Baza inflyasiyaya gəlincə, 2022-ci ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5,8 faiz təşkil edib.

Milli Statistika Xidmətinin məlumatlarına əsasən, “Business Press News” bu ilin iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə ucuzlaşan ərzaq məhsullarının siyahısını təqdim edir:

• Yerkökü - 9,6%
• Limon - 8,1%
• Banan - 3,2%
• Sarımsaq - 1,4%
• Bibər - 0,7%
• Armud -0,9%

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google