Keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir
Gürcüstan Prokurorluğu bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə keçmiş arvadını qəsdən öldürməkdə ittiham edib. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçib.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, iyulun 1-də Kutaisidə təqsirləndirilən şəxs cinsinə görə dözümsüzlük zəminində keçmiş həyat yoldaşına bıçaqla xüsusi amansızlıqla xəsarətlər yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “h, k” və “m” bəndləri (cins əlamətinə görə qəsdən adam öldürmə, ailə üzvünə qarşı xüsusi amansızlıqla törədildikdə) ilə ittiham olunub və bu, 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google