"Ukraynanın tam qələbəsi ən bədbin ssenariyə əsasən
belə 10 ay ərzində təmin olacaq".
Bunu Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili feysbuk
səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna komandanlığının tələsən bir yerinin
olmadığı üçün döyüş meydanında buraxdığı səhvlər də azlıq təşkil
edir:
"Ukraynanın ön xəttdəki fəaliyyətini belə
dəyərləndirirəm: bu gün biz artıq 1 800 tankı məhv etmişik. Bu orta
hesabla günə 5 tank deməkdir. Fikrimcə, potensial hücumun qarşısını
tam almaq üçün 3000-3500 tankın məhv edilməsi vacibdir. Əgər bu
templə davam edərsə, 240-300 günə tam qələbə təmin ediləcək. Odur
ki, hər gün rəqibə qarşı işləyir".