Real yol hərəkətində imtahan vermək öhdəliyi tətbiq olunandan bəri nə qədər sürücülük vəsiqəsi verilib
Daxili İşlər Nazirliyi ölkə üzrə sürücülük vəsiqələri ilə bağlı statistik məlumatları açıqlayıb.

O cümlədən, qurumun məlumatına görə, Gürcüstanda sürücülük vəsiqəsi üzrə praktiki imtahan keçirmək öhdəliyi qüvvəyə mindikdən sonra 3 ay ərzində 3529 sürücülük vəsiqəsi verilib. O cümlədən, may ayında - 2188; iyunda - 556; və iyulda - 785.

Xatırladırıq ki, bu il aprelin 25-dən sürücülük vəsiqəsi almaq istəyənlər həm imtahanda, həm də real yol şəraitində praktiki sınaq imtahanı verməlidirlər.


Bu qaydanın tətbiqindən əvvəl mövcud olan məlumatlara gəldikdə, statistika belə görünür:

• Yanvar - 3 340;
• Fevral - 5 216;
• Mart - 5 722;
• Aprel - 5 357.
Mənbə: BPN
Print