Marneulili müxalifətçilər meriyada aparılan struktur
dəyişikliklərinə münasibət bildirirlər və qeyd edirlər ki,
meriyanın xidmət rəhbərlərinin dəyişdirilməsi qismən nepotizmlə
əlaqədardır.
“Marneuli” radiosuna bu gün, 5 sentyabr tarixində rəsmi şəkildə
məlum olub ki, meriyanın bir neçə xidmət rəhbəri vəzifəsini tərk
edib, onlar yeni vəzifə tutacaqlar. Marneuli meri struktur
dəyişiklikləri ilə əlaqədar indiki mərhələdə şərh verməyib.
Meriyanın rəsmi səhifələrində də məlumat paylaşılmayıb.
Vahid Milli Hərəkatın Marneuli Rayon təşkilatının rəhbəri Laşa
Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
meriyada aparılan islahatlar əhalidə böyük marağa səbəb olub.
Kveladze Marneuli merini ictimai müraciət etməyə çağırıb.
“Hamıya məlum faktdır ki, Marneuli meriyasında nepotizm
hökm sürür, eləcə də Dövlət Audit Xidmətinin hesabatında da var. Bu
islahatlar daxili münaqişələrə görə də baş verə bilər. Məhz buna
görə, Marneuli bələdiyyəsinn meri ictimai şəkildə açıqlama
verməlidir. Struktur dəyişikliklər hansı səbəbdən baş verib, bir
neçə xidmət rəhbəri hansı səbəblə azad edilib. Həmçinin, əhali üçün
islahatlarla, büdcədən maliyyələşdirilmiş layihələrlə bağlı hansı
planların olduğunu açıqlamalıdır. Qanunla götürülmüş öhdəlikləri
təmin etsin və fəaliyyətini əhali üçün daha da
ictimailəşdirsin”, – Laşa Kveladze bildirdi.
Avropalı Gürcüstanın Marneuli Rayon Təşkilatının rəhbəri Əhməd
İmamquliyev bildirdi ki, meriyada struktur dəyişiklikləri deyil,
klan yaratma prosesi aparılır.
“Mənin eşitdiyimə görə, Nəzarət Xidmətinin rəhbəri
merin köməkçisi vəzifəsinə keçir. Maliyyə Xidmətinin rəhbəri merin
köməkçisi olur və onların yerinə indi Amiran Qiorqadze, onun klanı
yeni şəxslər təyin edəcəklər. Belə büdcəni daha asan və klan
şəklində idarə edəcəklər, mənimsəyib, oğurlaya biləcəklər, hər şeyi
buna görə edirlər. İstəyirlər daha etibarlı, onlara daha yaxın
şəxsləri həmin yerlərə təyin etsinlər, rüşvətxorluqla Marneuli
bələdiyyəsinin büdcəsini mənimsəsinlər. Mən inanmıram və hesab
etmirəm ki, həmin azad olunan yerlərə həqiqi rəqabətlə seçilmiş
şəxsləri təyin etsinlər. Bir qayda olaraq, hamının bu rəqabətdə
iştirak etmək və vəzifə tutmaq hüququ var. Amma mən bilirəm və
əminəm ki, bu belə olmayacaq”.
Avropalı Gürcüstanın Marneuli Rayon Təşkilatının rəhbərinin
sözlərinə görə, hazırda meriyada aparılan islahatlar nəticəsində
Marneuli bələdiyyəsində siyasi həyat pisliyə doğru dəyişəcək.
Vəzifəsini dəyişməsi ilə bağlı məlumatı “Marneuli” radiosuna iki
xidmətin – Maliyyə-Büdcə Xidməti və Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin
rəhbəri təsdiq edib. Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar
Məmmədov merin köməkçisi, Sosial Təminat Xidmətinin rəhbəri Qiorqi
Meurmişvili isə Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri
olub.