Kvemo Kartlidə ağacların qanunsuz kəsilməsi ilə bağlı 7 fakt qeydə alınıb
Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən 2022-ci il avqustun 1-dən avqustun 31-dək meşələrdən qanunsuz istifadə ilə bağlı 164 fakt aşkar edilib.

Bunlardan 114-ü qanunsuz ağac kəsmə və daşıma, 50-si isə qanunsuz ağac-mişar və sexlər tərəfindən texniki qaydaların pozulması faktlarıdır. Qanun pozuntularının 20-də cinayət tərkibinin əlamətləri var.

Ən çox - 43 qanunsuz ağac hasilatı və daşınması faktı Kaxeti Regional Bölməsinin əməliyyat ərazisində aşkar edilib. İmeretidə 21, Acarıstanda 13, Samtsxe-Cavaxetiyada 12, Kvemo Kartlidə 7, Şida Kartlidə 5, Sameqrelo-Zemo Svanetidə 5, Raça-Leçxumidə 4, Kvemo Svanetidə 2, Quriyada 2 qayda pozuntusu qeydə alınıb. Ümumilikdə, qanunsuz yığılmış 690 kubmetrdən çox taxta-şalban çıxarılıb.

Həmin dövrdə mişar zavodunda 44 texniki reqlamentin pozulması faktı qeydə alınıb. Həmçinin 6 ədəd dövlət qeydiyyatı olmayan mişar dəyirmanı yığışdırılıb. Onlardan İmeretidə 3, Şida Kartli, Kaxeti və Sameqrelo-Zemo Svanetidə isə hər birində bir ədəd qanunsuz taxta dəyirmanı aşkar edilib.

Əlavə münasibət bildirilməsi üçün materiallar aidiyyəti qurumlara göndərilib.

Mənbə: inforustavi.ge
Print