Taksi sürücüləri üçün qanun dəyişir - “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təsdiq edilib
Parlament “Yol hərəkəti haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda nəzərdən keçirib və 81 səslə qəbul edib.

Gürcüstan parlamentinin məlumatına görə, sözügedən qanuna əsasən, taksi sürücülərinə sərnişinləri mindirmək və ya endirmək üçün avtobusların hərəkəti üçün nəzərdə tutulmuş zolaqda xüsusi ayrılmış yerdə hərəkət etmə və ya dayanma icazəsi veriləcək.

Qanun layihəsində nəzərdə tutulub ki, avtomobil dayanacağı və ya səki və ya piyada cığırında dayandığı halda nəqliyyat vasitəsinin xüsusi mühafizə olunan dayanacağa keçirilməsi nəzərdə tutulur.

Mənbə: BM
Print