Rus xidmətlərindən, kompüter proqramları və aplikasiyalarından
istifadə Gürcüstan vətəndaşları üçün təhlükəlidir.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Andro Qotsiridze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, rus məhsullarından istifadə
etmək Gürcüstan vətəndaşları üçün, xüsusilə də dövlət məmurları
üçün təhlükəlidir. Çünki Rusiyada Kreml siyasəti və biznes arasında
hədd silinib.
“Hər hansı kompüter xidməti istifadəçisi, eləcə də onun
həminki məqamdakı yeri, hobbi, onun getməli olduğu yerlər haqqında
şəxsi məlumat toplayır. Eləcə də istifadəçinin icazəsi olmadan
video kamera və audio mikrofonun qeydiyyatı aktivləşdirilə,
sanksiya olmadan rus xüsusi xidmətçilərinə verilə
bilər.”
Kibertəhlükəsizlik üzrə mütəxəssisin açıqlamasına görə, illər
ərzində Gürcüstanda rus elektron poçt xidməti Mail.ru-dan istifadə
azalıb. O, qeyd edir ki, beş il əvvəlki göstəricilərlə müqayisədə
mərkəzi hakimiyyət və nazirliklərdə rus elektron poçt xidmətindən
istifadə tamamilə azalıb. Amma yerli özünüidarə səviyyəsində dövlət
məmurları və siyasətçilər Mail.ru-dan indiyə qədər istifadə
edirlər.
Mail.ru-dan istifadənin azalma tendensiyası Marneulili dövlət
məmurlarında da nəzərə çarpır. Ancaq bu günə qədər rus elektron
poçtundan istifadə edən məmurlar da var. “Marneuli” radiosu
meriyanın səhifəsində 7 dövlət məmuru və Bələdiyyə Məclisi
deputatının hələ də Mail.ru-dan istifadə etdiyini müəyyən edib.
Onlardan ikisi Omar İrişov və Qivi Qiorqadze Bələdiyyə Məclisinin
üzvləridirlər. Nikoloz Qoqoçuri, Rima Otaraşvili, Davit Areşidze və
Aleksi Urumov əməkdaşlardır.
ხოლო ნიკოლოზ გოგოჭური, რიმა ოთარაშვილი, დავით აროშიძე და ალექსი
ურუმოვი მერიაში არიან დასაქმებული.
“Dövlət məmurlarının yazışması öz-özlüyündə dövlət üçün
həssas materiallardan ibarətdir. Bu materiallar birbaşa Rusiyanın
əlinə düşə bilər. Rusiya isə bizə qarşı düşmən əhval-ruhiyyəsində
olan dövlətdir. Bundan əlavə server və aplikasiyalar iş
münasibətləri ilə heç bir əlaqəsi olmayan məsələlərlə bağlı məlumat
toplayır. Məsələn, Mail.ru xüsusilə telefona qoşulubsa, özü sizin
hazırda olduğunuz yeri, hansı obyektə alış-veriş və ya yemək üçün
daxil olduğunuzu müəyyən edə bilir. Həmçinin, sizin telefonunuzdaki
müxtəlif foto şəkilləri, audio faylları, sizin əlaqələrinizi götürə
və sizə xəbərdarlıq etmədən, məlumat vermədən göndərə bilər. Rusiya
bu məlumatdan hədələmə, şantaj, pul tələb etmək, məlumat əldə etmək
və ya kompromat üçün istifadə edə bilər. Məsələn telefonda
saxlanılan fotoşəkil və ya qeydi yayımlaya bilər. Rus xüsusi
xidmətləri dəfələrlə belə işlər edib.”
Andro Qotsiridzenin sözlərinə görə, bir neçə ölkə artıq rus
servislərindən, kompüter proqramları və aplikasiyalardan istifadəni
qadağan edib. Amerika Birləşmiş Ştatları ölkənin dövlət ektorunda
rus proqramlarının fəaliyyətini tamamilə qadağan edib. Çünki
kasperski virusu dövlət məmurlarından məlumat oğurlayırmış.
Litvanın Müdafiə Naziriyinin kiber təhlküəsizlik mərkəzi də dövlət
məmurları rus proqramlarından istifadədən çəkinmək məqsədi ilə
xəbərdarlıq edib. Çünki onlar məlumat əldə edir və Rusiyaya
göndərirlər.
“Təhlükəsizlikdən başqa daha bir istiqamət mövcuddur
ki, bu kimi xidmətlər əsasən Rusiya tərəfindən öz təxribatını
yayımlamaq, yanlış məlumat yayımlamaq, dini və etnik münaqişə
yaratmaq, üçün istifadə olunur. Bu Rusiyanın Gürcüstana qarşı olan
marağıdır. Təbiidir ki, işğalçı dövlətin proqram resursu, eləcə də
texniki və ya intellektual baxımdan Gürcüstan üçün qəbuledilməzdir.
Hələ ki, Kremlin aşkar şəkildə düşman münasibəti bəslədiyi
xidmətlərdə duran məmurlar üçün
qəbuledilməzdir.”
Kiber təhlükəsizlik mütəxəssisinin sözlərinə görə, Kreml əksər
hallarda rusdilli əhalidən öz təsirini gücləndirmək üçün istifadə
etməyə çalışır. Vladimer Putin 6 sentyabrda sərəncam imzalayıb.
Sərəncama görə, qonşu ölkələrin ərazisində nəinki rus mənşəli hətta
rusdilli vətəndaşları da qoruyacaq. Qotsiridzenin açıqlamasına
görə, Putinin qeyd olunan qərarı Gürcüstanın bütün vətəndaşları
üçün təhlükə daşıyır. Onlar rus marağının daşıyıcısı olmamağa
çalışmalıdırlar. O, əhalini iş münasibətlərində, eləcə də komptüer
texnikası və proqramlarında maksimum dərəcədə rus dilindən istifadə
etməməməyə çağırır.