Gürcüstan-Şimali Makedoniya oyununa bütün biletlər satılıb
Gürcüstan və Şimali Makedoniya futbol komandaları arasında keçiriləcək oyunun bütün biletləri bir gündə satılıb.

Gürcüstan millisi rəqiblə sentyabrın 23-də “Dinamo Arena”da üz-üzə gələcək.

Qarşıdan gələn qarşılaşma Millətlər Liqasının qrup mərhələsinin son ev oyunudur.

Qrupa 10 xalla Gürcüstan millisi başçılıq edir. İkinci yerdə birbaşa rəqibi 7 xalı olan Şimali Makedoniya qərarlaşıb.

Villi Sanolinin yetirmələri Makedoniyadan sonra səfərdə Cəbəllütariq millisi ilə qarşılaşacaq.

Mənbə: Netgazeti
Print
თეგები: #georgia #sport