Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə
birlikdə ABŞ-a səfərə gedib.
Məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, İ.
Qaribaşvili səfər çərçivəsində BMT Baş Assambleyasının 77-ci
sessiyasında iştirak edəcək.
Baş nazirin
səfər çərçivəsində Nyu-Yorkda ikitərəfli və yüksək
səviyyəli görüşləri planlaşdırılıb.
İrakli Qaribaşvilini səfərdə xarici işlər naziri İlia Darçiaşvili,
təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının
rəhbəri Revaz Cavelidze müşayiət edir.