Buğda idxalı bir ayda 418,6% artıb. Daha dəqiq desək, 2022-ci ilin
avqustunda
Gürcüstana 11,633 min ABŞ dolları dəyərində 29,775 ton buğda daxil
olubsa, ötən ay Gürcüstana 2,243 min ABŞ dolları dəyərində cəmi
5,469 ton buğda daxil olub. Buğda idxalının artmasının əsas
səbəblərindən biri idxalçı ölkədə - Rusiyada ixrac vergisinin
azalması olub.
Məlumat üçün bildirək ki, Rusiyanın
buğdaya ixrac vergisi tətbiq
etməsi buğda idxalının kəskin azalmasına səbəb olub və mayın
sonunda Gürcüstanda bütün iri dəyirmanlar fəaliyyətini
dayandırıb.
Rusiyada 193 min fermer avqustun 17-də Putindən buğdaya tətbiq
edilən gömrük vergisini ləğv etməyi xahiş etdikdən sonra vəziyyət
dəyişdi. Kənd Təsərrüfatı Nazirliyinin onlardan dərhal imtina
etməsinə baxmayaraq, Rusiya məhsulun artıqlığı səbəbindən süni
şəkildə tətbiq edilən gömrük rüsumunu azaldır. İyunun sonunda 1 ton
buğdaya görə 149 dollara qaldırılan vergi sentyabrın 19-da 44,45
dollara endirilib.
Qeyd edək ki, avqust ayında Gürcüstan bütün buğdanı Rusiyadan alıb.
Cəmi 0,11 ton Almaniyadan gəlib.