Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də BMT Baş
Assambleyasının 77-ci sessiyasının iştirakçıları qarşısında çıxış
edəcək.
Sentyabrın 21-də BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi
müzakirələri açılıb.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Gürcüstanın baş
naziri dünən Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasının
ümumi müzakirələrində Amerika Birləşmiş Ştatlarının prezidenti
Cozef Baydenin çıxışında iştirak edib. O, hökumət başçısı Cozef
Baydenin
çıxışında nümayəndə heyəti ilə birlikdə olub.
Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan
nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili, təhsil və
elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri
Revaz Cavelidze daxildir.