Marneulidə su və kanalizasiya işləri bir aya yenilənəcək
Marneulidə su və su təchizatı sisteminin tikinti işlərinin davam etdirilməsi oktyabr ayının sonunda planlaşdırlır. Bu barədə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən məlumat verdilər və bildirdilər ki, tikinti başlayana qədər səfərbərlik işləri həyata keçiriləcək.

“Səfərbərlik işləri oktyabrda başlamalıdır və bunun üçün təxminən bir ay lazımdır. Oktyabrın sonundan artıq tikinti işləri başlayacaq”, – mətbuat xidmətindən bildiriblər.

Marneuli su və kanalizasiya sisteminin, Bolnisinin kanalizasiya sisteminin tikinti işləri 6 müstəqil layihə olaraq həyata keçiriləcək. Birləşmiş Su Təchizatı Şirkətinin bəyanatında qeyd olunub ki, şirkətlər işləri 15 aya başa vurmalıdırlar.

8 sentyabr tarixində “Gürcüstan Birləşmiş Su Təchizatı” şirkəti məlumat yayımlayıb. Məlumata görə, layihənin davam etdirilməsi üçün artıq müqavilə bağlanıb.

“Birləşmiş Su Təchizatı Şirkəti” Marneuli su və kanalizasiya, eləcə də Bolnisinin kanalizasiya sistemi, kollektorun tikintisini davam etdirilir. Layihəni beynəlxalq tenderdə qalib gələn iki şirkət həyata keçirəcək.

Müvafiq müqaviləni Birləşmiş Su Təchizatı Şirkətinin direktor müavini Quqa Kakabdze və müqavilə bağlayan şirkətlərin nümayəndələri: “China Geo - Engineering Corporation’’ (CGC) –in regional direktoru Çenqjou Hem və “POLAT Yol Yapi Sanayi ve Ticaret Anonim Sirkei’’-nin maliyyə meneceri Qiuni Beldirim imzalayıb”,
– məlumatda qeyd olunub.

Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək və bunun üçün 47 003 251 dollar ayrılıb.

Qeyd etmək lazımdır ki, Marneulidə su təchizatı sisteminin dəyişikliyi barədə hələ 2018-ci ildən müzakirə aparılırdı. 4 il əvvəl, Marneuli bələdiyyəsinin 35 200-ə qədər sakininə, 24 saat ərzində içməli su veriləcəyi ilə bağlı vəd vermişdilər. Layihənin həyata keçirilməsinə Marneuli şəhəri və kəndlərdə 2019-cu ildən başlanılıb. Yollar qazıldı, borular çıxarıldı, infrastruktura ziyan dəydi, sıradan çıxmış yollara görə ictimai nəqliyyat və yerli sakinlərin maşınları xarab oldu. Layihə “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin martına qədər başa çatdırılmalı idi. Ancaq şirkət götürdüyü öhdəliyi yerinə yetirə bilmədi və buna görə 55 940 022 dollar dəyərində layihə dayandırılrdı. “Akelik Group” əməkdaşların maaşını ödəmədi və buna görə şirkətə qarşı məhkəmə işləri də başladı. Nəticədə şirkətə 9 əməkdaşa maaş ödənilməsi öhdəliyi qoyuldu.

Print ელ. ფოსტა
FaceBook Twitter Google