Marneuli meriyasının Maliyyə-Büdcə Şöbəsinin rəhbər
səlahiyyətlərini icra etmək üçün Maia Naveriani təyin olunub.
Bu barədə yerli özünüidarədən məlumatı təsdiq ediblər. Vüqar
Məmmədov qeyd olunan xidmət rəhbəri vəzifəsində illər ərzində
işləyirdi. Ancaq onun vəzifəsini meriyada aparılan islahatlar
zamanı dəyişiblər. Məmmədov indi Marneuli meri Kənan Ömərovun
köməkçisidir. Maia Naveriani isə bələdiyyənin Maliyyə və Müsahibat
Uçotu - Hesabatlar Şöbəsində işləyirmiş.
Kənan Ömərov islahatlar barədə rəsmi açıqlama verməyib. O,
“Marneuli” radiosuna bildirdi ki,
“Bütün məlumatlar
qısa zaman ərzində ictimaiyyətə aydın olacaq”.
Meriyanın vəzifəsini dəyişmiş xidmət rəhbərlərinin siyahısını sizə
təqdim edirik. Qeyd edək ki, bu məlumatı “Marneuli” radiosu
müxtəlif mənbələrdən əldə edib. Meriyadan isə məlumatı nə təsdiq,
nə də təkzib edirlər.
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının
Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Qiorqi Meurmişvili təsdiq
etdi ki, Hərbi Çağırış və Səfərbərlik Xidmətinin rəhbəri Vaja
Şubitidzenin vəzifəsini tutub. Vaja Şubitidze isə
(dəqiqləşdirilməmiş məlumata görə) Marneuli Bələdiyyə Məclisi
sədrinin məsləhətçisi vəzifəsini tutub.
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman , Uşaq Hüquqlarının
Müdafiəsi və Dəstək Xidmətinin yeni rəhbəri olaraq Nino Dekanoidze
təyin olunub. O, Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri
idi. İnzibati Xidmətin rəhbəri vəzifəsini isə Mamuka Şubitidze
yerinə yetirəcək.
Mənbədən verilmiş məlumata görə, meriyanın Nəzarət Xidmətinin
rəhbəri Qela Mumladze də vəzifəsini tərk edib. O, Marneuli merinin
köməkçisi olub.
Qeyd edək ki, bu vəzifəyə müsabiqə elan olunacaq və xidmətin yeni
rəhbəri müsabiqə əsasında seçiləcək.