“Müharibə hələ də davam edir, mənim ölkəmdən uzaqda
deyil”,
- Gürcüstanın baş naziri İrakli Qaribaşvili Birləşmiş Millətlər
Təşkilatının 77-ci sessiyasında çıxışı zamanı Rusiyanın Ukraynadakı
genişmiqyaslı müharibəsinin ölkənin ərazi bütövlüyü və
suverenliyinə, habelə BMT Nizamnaməsinə və beynəlxalq hüququn
fundamental prinsiplərinə zərbə vurduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstan Ukraynanın yanında dayanır.
“Gürcüstan Ukraynanın yanındadır. Müharibə başlayandan
bəri hökumətimiz 1000 tondan çox yük göndərməklə Ukraynaya
əhəmiyyətli humanitar yardım göstərmişdir. Gürcüstan hazırda
bizimlə yaşayan 32 mindən çox ukraynalıya və onların yaşayış
yerlərinə maliyyə yardımı edir", - baş nazir
bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan hökuməti Ukraynaya
dəstək üçün bütün əsas beynəlxalq təşkilatlar və institutlar
tərəfindən irəli sürülən 400-ə yaxın qətnamə, bəyanat, birgə mövqe
və digər təşəbbüslər təklif edib, onlara qoşulub və
dəstəkləyib.
“Gürcüstanın təhsil sistemində 1500-dən çox ukraynalı
tələbə təhsil alır. Onların bir çoxu Ukrayna dilini standart
Ukrayna kurikulumuna uyğun olaraq öyrənirlər.
Biz bütün əsas beynəlxalq təşkilatlar və qurumlar tərəfindən
Ukraynaya dəstək məqsədilə irəli sürülən 400-ə yaxın qətnamə,
bəyanat, birgə mövqe və digər təşəbbüslər irəli sürmüş, onlara
qoşulmuş və ya dəstəkləmişik, o cümlədən BMT Baş Assambleyasının
Rusiyanın humanitar nəticələrinə dair 76 saylı qətnaməsinin əsas
tərəfdarları sırasındayıq", - deyə Qaribaşvili
bildirib.