Sapari: Qadına cinsi təcavüz edən Müdafiə Nazirliyinin əməkdaşı işdən çıxarılıb
Qadın hüquqlarının müdafiəsi “Sapari” təşkilatı tabeliyində olan qadına qarşı təcavüzdə ittiham olunan Müdafiə Nazirliyinin əməkdaşının tutduğu vəzifədən azad edildiyini açıqlayıb.

Qadın 5 ay ərzində hər gün cinsi qısnama qurbanı olduğunu, bunun şifahi təhqir və alçaldıcı kontekstdə istinadlarla özünü büruzə verdiyini, həmçinin “Sapari”yə görə gender ayrı-seçkiliyi faktlarını da qeyd edib.

Qurumun məlumatına görə, ilk dəfədir ki, Müdafiə Nazirliyinin Baş Müfəttişliyi cinsi qısnama faktını müəyyən edir.

“Söhbət qadın işçilərə qarşı ayrı-seçkilik edən, onlara təhqiramiz ifadələr işlədən, iş yerində uyğun olmayan, təhlükəli və ləyaqəti alçaldan mühit yaradan yüksək vəzifəli məmurdan gedir.

Bundan əlavə, qadın işçiyə qarşı cinsi təcavüzə dair kifayət qədər sübutlar var. Bu qadına qarşı cinsi ayrı-seçkilik daha 2 yüksək vəzifəli şəxs tərəfindən də aşkar edilib”,
- “Sapari”nin açıqlamasında deyilir.

Qurum avqustun 25-də nazirliyin Baş Müfəttişliyinə müraciət edərək cavab tələb edib. İctimai müdafiəçiyə də məlumat verilib.

Sentyabrın 9-da “Sapari”nin rəhbəri Baia Pataraia və təşkilatın vəkili Tamar Lukava brifinq keçirib, orada işə baxılmasının yubandığını bildiriblər və detalları müzakirə ediblər.

Brifinqdən sonra Müdafiə Nazirliyi də məlumat yayıb. Agentlik yazıb ki, şikayət daxil olduğu gün cinsinə görə ayrı-seçkilik faktı ilə bağlı rəsmi yoxlama başlayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: #georgia
FaceBook Twitter Google