"Bu il biz mandarinləri ixrac bazarlarına əhəmiyyətli
dərəcədə bahalaşdırılmış qiymətə - 30-40%
çatdıracağıq",
- "Agro Invest Service"in direktoru Vaja Mkurnalidze BM.GE-yə
bildirib.
Onun qeyd etdiyi kimi, qiymət artımının səbəbi logistikanın
mürəkkəbləşməsi və bahalaşmasıdır. “Bir çox hallarda nəqliyyat və
dəniz daşımaları hətta 100-200% bahadır. Əgər nəqliyyat 2300-2500
dollara başa gəlirdisə, indi 5500-6000 dollar olub”, - deyə
Mkurnalidze izah edib.
Şirkətin əsas ixrac bazarları Rusiya, Ukrayna, Belarus və
Qazaxıstandır. İxracatçının izah etdiyi kimi, Aİ-yə logistika çətin
olduğu üçün bazarların şaxələndirilməsi asan məsələ deyil.
“Keyfiyyətini qane etsək də, sitrus meyvələri 20-25 günlük
daşınmaya və xarab olmağa davam edə bilmir. Həmçinin ölkələrin
gömrüklərində konkret bürokratik məsələlər sadələşdirilməli,
keyfiyyət sertifikatı verilməlidir, baxmayaraq ki, ölkədə keyfiyyət
sertifikatı verən qurum yoxdur, bizdə də müvafiq laboratoriyalar
yoxdur”. – deyə “Aqro İnvest Servis”in direktoru
bildirib.
Xatırladaq ki, Gürcüstanda siturs meyvələrin yığımı noyabrda
başlayır və dekabrın ortalarına qədər davam edir.