Qara dənizdə üç boru kəmərinin çəkilişi ilin sonunadək başa
çatdırılacaq.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz
bildirib.
Onun sözlərinə görə, Qara dənizin Türkiyə sektorunda, Filios
bölgəsində Qara dənizin dibi ilə qaz kəmərinin çəkilməsi “Sakariya”
qaz yatağı layihəsi ilə nəzərdə tutulub və işlərin böyük hissəsi
magistral kəmərin tikintisi başa çatdırılmışdır.
“Düşünürəm ki, bu ayın sonuna kimi bu məsələ
bağlanacaq”, - nazir bildirib.
Fatih Dönməz bildirib ki, Qara dənizin dibində ümumilikdə üç xətt
çəkiləcək, bunlardan üçüncü boru xətti kabel olacaq. Nazirin
sözlərinə görə, “ilin sonunadək hər üç xətt hazır olacaq”.
O, həmçinin ölkənin cənubundakı Mersin vilayətində ölkənin ilk atom
elektrik stansiyası olan “Akuyu”nun tikinti işlərinin
aktivləşdirildiyini, ilk enerji blokunun 2023-cü ildə istifadəyə
veriləcəyini bildirib.