Ən aşağı və ən yüksək maaş Gürcüstanın hansı bölgələrindədir?
2022-ci ilin 2-ci rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz və ya 213,3 lari artaraq 1541,3 lari təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların öz hesabatlarına görə, orta əmək haqqına görə, Tbilisi regionlar üzrə liderdir. O cümlədən, Milli Statistika Xidmətinin məlumatına görə, maaşların bölgələr
üzrə bölgüsü belədir:
  • Tbilisi - 1 802,1 lari;
  • Mtsxeta-Mtianeti - 1 394,4 lari;
  • Kvemo Kartli - 1 271,5 lari;
  • Acarıstan Muxtar Respublikası - 1 232,9 lari;
  • İmereti - 1 122,4 lari;
  • Sameqrelo-Zemo Svaneti - 1 017,9 lari;
  • Şida Kartli - 978,2 lari;
  • Samtsxe-Cavaxeti - 959,9 lari;
  • Kaxeti - 957,9 lari;
  • Quriya - 946 lari;
  • Raça-Leçxumi və Kvemo Svaneti - 848,8 lari.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: #economy #georgia
FaceBook Twitter Google