Gürcüstandan mineral və şirin su ixracı 29% azalıb - biz məhsulu hara satırıq
Gürcüstandan mineral və şirin su ixracı azalıb. 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstandan 66,7 milyon ABŞ dolları dəyərində mineral və şirin su, ötən ilin müvafiq dövründə isə 92,5 milyon ABŞ dolları dəyərində su ixrac edilib.

“Business Press News” Gürcüstanın ən böyük həcmdə mineral və şirin su satdığı 10 ölkəni sizə təqdim edir:
  • Rusiya - 28,5 milyon ABŞ dolları
  • Qazaxıstan - 13,6 milyon ABŞ dolları
  • Ukrayna - 6,9 milyon ABŞ dolları
  • Belarus 3,9 milyon ABŞ dolları
  • Litva - 3,4 milyon ABŞ dolları
  • Özbəkistan - 3 milyon ABŞ dolları
  • Azərbaycan - 1.1. milyon ABŞ dolları təşkil edib
  • İsrail - 1 milyon ABŞ dolları
  • ABŞ - 933 min ABŞ dolları
  • Latviya - 809 min ABŞ dolları
Qeyd edək ki, azalma əsasən Rusiya və Ukraynanın hesabınadır. Ötən ilin yanvar-avqust aylarında Rusiyaya 41,4 milyon ABŞ dolları dəyərində şirin və mineral su, bu il isə 28,5 milyon ABŞ dolları dəyərində şirin və mineral su ixrac edilib. Ukraynaya gəlincə, ötən il 17,7 milyon lari, 2022-ci ildə isə 6,9 milyon ABŞ dolları dəyərində məhsul satılıb.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: #criminal #georgia
FaceBook Twitter Google