“Xalq müdafiəçisi vəzifəsinə seçilmək üçün parlamentə
19 namizəd müraciət edib”,
- deyə parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən
brifinqdə bildirib.
Ərizələrin qəbulu dünən, sentyabrın 29-da başa çatıb. Artıq bu
namizədləri qiymətləndirəcək 9 nəfərdən ibarət komissiya seçilib.
Qiymətləndirmə prosesi başa çatdıqdan sonra fraksiyalar
ombudsmanlığa namizədləri müəyyənləşdirəcək və parlament rəsmi
olaraq deputat formatında namizədləri dinləməyə başlayacaq.
Xalq müdafiəçisi vəzifəsinə namizədlər:
1. Anna Abaşidze - “İnsan Haqları Naminə Tərəfdaşlıq”
təşkilatının rəhbəri.
2. Marika Arevadze - “Arevadze, Qonaşvili və partnyorları” hüquq
bürosunun hüquqşünası
3. Qiorqi Burcanadze – Gürcüstanın ictimai müdafiəçisinin
müavini
4. Lela Qaprindaşvili - “Qadınların Bərabərlik Təşəbbüsü”nün
rəhbəri.
5. Sopo Demetraşvili – Gürcüstan Texniki Universitetinin Hüquq və
Beynəlxalq Münasibətlər fakültəsinin dosenti
6. Tinatin Erkvania - GIPA - Gürcüstan İctimai Əlaqələr
İnstitutunun Hüquq və Siyasət fakültəsinin dosenti
7. Evqeniya Tavadze - müvəqqəti işsiz
8. Aleksandre Kobaidze - Gənc Hüquq Müdafiəçiləri Assosiasiyasının
sədri
9. Levan Kokoraşvili - Kvarli rayon Gənc Hüquqşünaslar İttifaqının
idarə heyətinin sədri
10. Nuqzar Koxreidze – “Nəsillərin dialoqu” Elmi-İntellektual
Klubunun sədri
11. Qiorqi Mariamidze - “Vətəndaşın Müdafiəsi İnstitutu”, təsisçi,
direktor
12. Serqo Maxaradze – Gürcüstan Peşəkar İttifaqlar İttifaqının
hüquqşünası
13. Maka Mindiaşvili - "Xalqın səsi"nin yaradıcısı.
14. Cemal Natelaşvili – Gürcüstan Vəkillər Kollegiyasının üzvü
15. Nikoloz Nikoladze – Gürcüstan diplomatik xidmətinin
ehtiyatındadır
16. Ketevan Çaçava – “İnkişaf və Demokratiya Mərkəzi”nin icraçı
direktoru.
17. Qiorqi Tsobexia – idarəedici tərəfdaş, “Giorgi Tsobekhiia and
Partners” hüquq firmasının direktoru
18. İaqo Xviçia – Gürcüstan parlamentinin üzvü
19. Nazi Canezaşvili - "Gürcüstan Məhkəməsinin Keşikçisi"nin
direktoru.