Xalq müdafiəçisi vəzifəsinə namizədlərin kimliyi məlumdur - Siyahı
“Xalq müdafiəçisi vəzifəsinə seçilmək üçün parlamentə 19 namizəd müraciət edib”, - deyə parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə bildirib.

Ərizələrin qəbulu dünən, sentyabrın 29-da başa çatıb. Artıq bu namizədləri qiymətləndirəcək 9 nəfərdən ibarət komissiya seçilib. Qiymətləndirmə prosesi başa çatdıqdan sonra fraksiyalar ombudsmanlığa namizədləri müəyyənləşdirəcək və parlament rəsmi olaraq deputat formatında namizədləri dinləməyə başlayacaq.

Xalq müdafiəçisi vəzifəsinə namizədlər:

1. Anna Abaşidze - “İnsan Haqları Naminə Tərəfdaşlıq” təşkilatının rəhbəri.
2. Marika Arevadze - “Arevadze, Qonaşvili və partnyorları” hüquq bürosunun hüquqşünası
3. Qiorqi Burcanadze – Gürcüstanın ictimai müdafiəçisinin müavini
4. Lela Qaprindaşvili - “Qadınların Bərabərlik Təşəbbüsü”nün rəhbəri.
5. Sopo Demetraşvili – Gürcüstan Texniki Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin dosenti
6. Tinatin Erkvania - GIPA - Gürcüstan İctimai Əlaqələr İnstitutunun Hüquq və Siyasət fakültəsinin dosenti
7. Evqeniya Tavadze - müvəqqəti işsiz
8. Aleksandre Kobaidze - Gənc Hüquq Müdafiəçiləri Assosiasiyasının sədri
9. Levan Kokoraşvili - Kvarli rayon Gənc Hüquqşünaslar İttifaqının idarə heyətinin sədri
10. Nuqzar Koxreidze – “Nəsillərin dialoqu” Elmi-İntellektual Klubunun sədri
11. Qiorqi Mariamidze - “Vətəndaşın Müdafiəsi İnstitutu”, təsisçi, direktor
12. Serqo Maxaradze – Gürcüstan Peşəkar İttifaqlar İttifaqının hüquqşünası
13. Maka Mindiaşvili - "Xalqın səsi"nin yaradıcısı.
14. Cemal Natelaşvili – Gürcüstan Vəkillər Kollegiyasının üzvü
15. Nikoloz Nikoladze – Gürcüstan diplomatik xidmətinin ehtiyatındadır
16. Ketevan Çaçava – “İnkişaf və Demokratiya Mərkəzi”nin icraçı direktoru.
17. Qiorqi Tsobexia – idarəedici tərəfdaş, “Giorgi Tsobekhiia and Partners” hüquq firmasının direktoru
18. İaqo Xviçia – Gürcüstan parlamentinin üzvü
19. Nazi Canezaşvili - "Gürcüstan Məhkəməsinin Keşikçisi"nin direktoru.


Mənbə: Publika
Print