Mülki fəal Samirə Bayramova şəxsi “Facebook” səhifəsində yazıb ki,
Qırıxlı kəndində şagirdlərə qarşı zorakılıqda müzakirə olunan
müəllimin valideynlər
tərəfindən müdafiə edilməsi onların müdafiəsiz olduğuna
işarədir.
“Valideynlər məktəb ərazisində toplaşıblar və müəllimin
qeyri-etik hərəkətinə haqq qazandırırlar, onun yenidən məktəbə
qayıtmasını tələb edirlər”, – Bayramova yazıb.
2 oktyabr tarixində yayımlanmış fotomaterialdan görünür ki, gürcü
dili müəllimi və eyni zamanda Bələdiyyə Məclisinin üzvü 3-cü sinif
şagirdlərini cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Mediada bu
materialın yayımlanmasından sonra Rəhman Musayev “öz istəyi ilə”
məktəbi tərk edib. 3 oktyabrda isə o, Bələdiyyə Məclisi üzvlüyündən
də gedib.
Valideynlər müəllimin zorakı metoduna haqq qazandırırlar.
Hadisə ilə bağlı məktəb direktoru şərh vermir. Məktəbə getmiş media
nümayəndələri isə zərərçəkmiş uşaqların valideynləri ilə
qarşılaşıblar. Valideynlər müəllimi tərifləyir və məktəbə
qayıtmasını tələb edirdilər.
“Mən bu xalqı çox yaxşı tanıyıram. Valideynləri məcbur
edirlər və görünür ki, hədələyirlər. Dünən kənddə yaşayan çox
adamla söhbət etmişəm. Bu məktəbin direktoru və müəllimi haqqında
çox sayda qəddar hərəkətləri mənə danışdılar. Valideynlər küçəyə
çıxmağa məcburdurlar, əks halda:
• Onların uşaqlarının məktəbdə problemi olacaq.
• Uşaqları məktəbdə, küçədə qısnama qurbanına çevriləcək.
• Valideynləri heç kim toya və yas yerinə dəvət etməyək ki, sən öz
kəndlini şikayət edibsən və ya dəstəkləməyibsən”, –
Mülki fəal Samirə Bayramova şəxsi “Facebook” səhifəsində yazıb.
Faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Mətbuat
Xidmətindən bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə
istintaq aparılır. Maddə məcbur etməni nəzərdə tutur.