Müəllimin istefası yetərlidirmi, yoxsa başqa tədbirlər də görülməlidirmi? -ICMAL
Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi Rəhman Musayev 4-cü sinif şagirdlərini cəzalandırmaq məqsədi ilə dizi üstə qoyub. Məsələ ictimailəşdikdən sonra o, öz ərizəsi əsasında məktəbi tərk edib.

Ancaq paradoks burasındadır ki, valideynlər müəllimə ictimai şəkildə haqq qazandırırlar və məktəbə geri qayıtmasını istəyirlər.

"İcmal"-ın bugünkü buraxılışında məhz bu məsələni müzakirə edəcəyik.

Uşaq haqları baxımından müəllimin bu hərəkətini şagirdin ləyaqətini alçaldan davranış adlandıra bilərikmi?
  • Müəllimin istefası yetərlidirmi, yoxsa başqa tədbirlər də görülməlidirmi?
  • Valideynlərin bu cür davranışına səbəb nədir? Doğurdanmı valideynlərin eloğlusu olan müəllimə dəstək olmaları öz uşaqlarının ləyaqətinin qorunmasından önəmlidir?
Qonaqlarımız vəkil Edda Qocayeva, müəllim Anar Şərifov və Marneulili insan haqları müdafiəçisi Leila Məmmədova olacaq. Siz də bizi izləyin və illər əvvəl bizlərə tətbiq olunan bu tərbiyə üsulunu birlikdə müzakirə edək.





Print