TDU-nun mühasibini 165 min lari mənimsədiyinə görə saxladıq - prokurorluq

Prokurorluğun məlumatına görə, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) mühasibi və onunla əlaqəli şəxs külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilərək həbs edilib.



Qurumdan verilən məlumata görə, bu işlə bağlı Dövlət Audit Xidməti və universitetin daxili auditi əsasında araşdırmalara başlanılıb.

İş üzrə əldə edilmiş sübutlarla müəyyən edilib ki, Tbilisi Dövlət Universitetinin keçmiş mühasibi bu vəzifədə işləyərkən öz xidməti statusundan istifadə edərək, universitetin hesabından külli miqdarda 165.000 lari pul köçürərək bank hesablarına mənimsəyib.

İstintaq həmçinin müəyyən edib ki, təqsirləndirilən şəxslə cinayət əlaqəsində olan şəxs “TBS Bank”ı guya universitetdə müxtəlif vəzifələrdə çalışırmış kimi çaşdırıb və nəticədə qanunsuz olaraq 105 min lari kredit alıb”, - deyə qurumun məlumatında bildirilir.

Saxlanılan şəxslərə külli miqdarda pul mənimsəmə, mənimsəməyə kömək etmə və qanunsuz kredit qəbul etmə maddələri ilə ittiham irəli sürülüb ki, bu da 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Artıq prokurorluq həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: #criminal #georgia kriminal tehsil tsu
FaceBook Twitter Google