Gürcüstanın Müdafiə Qüvvələri NATO standartlarına uyğun yeni
zirehli transportyorlar alacaq
- Müdafiə Nazirliyi bildirir.
Bu gün, oktyabrın 7-də Müdafiə Nazirliyində Türkiyə zirehli
transportyorlarının istehsalı şirkətinin nümayəndələrini qəbul
ediblər.
Görüş çərçivəsində Gürcüstan Müdafiə Nazirliyi ilə Türkiyə
Respublikası Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən
“ASFAT” şirkəti arasında müqavilə imzalanıb ki, bunun əsasında yeni
hündür relyefli zirehli transportyorlar alınacaq. Zirehli
transportyorlar öz avadanlıqları və alt sistemləri ilə NATO
standartlarına uyğundur.
Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gürcüstanın
Müdafiə Qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz
edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və
Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə
əhəmiyyətli töhfə verəcək.
Mənbə: radiotavisupleba.ge