Şulaveri kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib
9 sentyabr tarixində səhər saat 12:00 radələrində Marneuli rayonunun Şulaveri kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Opel Astra” və “Opel Zafira” markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində avtomobillərdən birinin sürücüsü yüngül xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə xəstəanaya çatdırılıb.

Hadisə şhidlərinin sözlərinə görə, “Opel Zafira” markalı avtomobilin sürücüsü magistral yola çıxarkən sağ tərəfdən gələn “Opel Astra” markalı avtomobili gözləməyib və nəticədə qəza baş verib.

Hadisə yerinə yol patrul polisinin əməkdaşları cəlb olunub.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print
თეგები: Avtomobil Marneuli Marneulifm qeza Sulaveri