Marneuli yerliözünüidarəsinin İdman Məktəbi futbol üzrə çempionlar
liqası oyununun ikinci turunun gedişatı haqqında məlumat
yayımlayıb.
“Marneuli Futbol komandası “Algeti” çempionlar liqası
oyununun növbəti təqvim oyununu keçirib. Oyun 2007, 2009 və 2010-cu
il təvəllüdlü gənclər arasında keçirilib.
Bir-biri ilə qarşılaşıblar: 2007-ci il
Marneuli “Alegti” – Tbilisi “Qldani”
Hesab- 4:2
2009-cu il
Marneuli “Algeti” – Saqareco “Qareci”
Hesab- 3:1
2010-cu il
Marneuli “Algeti” – Bolnisi “Sioni”
Hesab- 2:0
Marneuli bələdiyyəsi çempionatda üç yaş kateqoriyasında (2007,
2009, 2010-cu il) iştirak edir.
Qeyd edək ki, turnir Abxaziya Futbol Federasiyasının təşkilatçılığı
ilə keçirilir”, – İdman Məktəbinin Facebook
səhifəsində yazılıb.