Marneulidə mövsümi yoluxmaların sayı artıb
Marneuli xəstəxanalarında müxtəlif mövsümi yoluxmalarla bağlı müraciətlərin sayı artıb. “Marneuli” radiosu bələdiyyənin bir neçə tibb müəssisəsinə zəng vurdu. Marneulidəki Aversi klinikasının Pediatriya Şöbəsinin rəhbəri, tibb elmləri doktoru İlona Xizaneişvili bildirdi ki, onların tibb müəssisəsinə əksər hallarda diareya və hərarətə görə müraciət edirlər. Stasionar şöbədə müxtəlif problemlərlə gündəlik təxminən 30 uşaq maülicə alır.

“Son bir neçə aydır diareyaya görə müraciətlər artıb. Diareya yalnız enteroviruslar demək deyil, həm də müxtəlif xəstəliklərin simptomundan biridir. Həqiqətən enterovirusdur, ya yox, virusologiya araşdırması çox nadir hallarda aparılır. Ümumiyyətlə, enteroviruslar həqiqətən diareya ilə müşaiyət olunur, hərarət, ürəkbulanma olur. Ancaq yalnız enterit deyil. Enterevirus infeksiyası yuxarı tənəffüs sistemi yolu infeksiyası, qarın boluğu orqanı xəstəlikləri yarada bilər. Bizim təxirəsalınmaz ambulatoriya, reanimasiya, stasionar şöbələrimiz var. Təxminən 30 xəstə hər gün müalicə alır və əsas müraciət simptomları hərarət, qusma və diareya fonunda ümumi zəiflikdir. Eneterovirus infeksiyaları daha çox yayda yayılırdı, ancaq iyun, iyul, avqust, sentyabr və oktyabrda da bu şikayətlərlə müraciətlət dayanmayıb. Stasionar şöbədə hər gün təxminən 30 uşaq var və buradan, əlbəttə respirator infeksiyalar, sətəlcəm, bronxit də var. Aparıcı simptomlardan biri qusma, diareyadır. Əgər ötən il 30% müraciət var idisə, indi 50% ola bilər. Bu diareya ilə yanaşı olur, bunun səbəbi həqiqətən də enterovirus ola bilər”.

Marneulidəki Geo Hospitals klinikasında tənəffüs yolları problemi ilə uşaqlar müalicə alır. Həmin tibb müəssisəsinin nümayəndəsi Tata Şenqelaia bildirdi ki, müraciətlər yüksəkdir, ancaq indiki mərhələdə onlarda 4 xsətə müalicə alır.

“Elə uşaqlar var, bronxit, sətəlcəm qeydə alınıb. Bunlar hamısı mövsümlə əlaqədardır. Hava soyuqlaşdı, dəyişdi və əlbəttə, infeksiyalar gəldi. Bu adi haldır. Çox adam müraciət edir, hamı stasionara yerləşdiriləsi deyil”, - Tata Şenqelaia bildrdi.

Uşaqların müalicə aldığı daha bir xəstəxana isə Marneuli Uşaq tibb müəssisəsidir. Klinika rəhbəri Koba Otaraşvilinin sözlərinə görə, bu dövrdə respirator infeksiyalar mövsum üçün adi haldır və onların klinikasına bu kimi şikayətlərlə demək olar, hər il müraciətlər eynidir.

Print ელ. ფოსტა
თეგები: Marneuli Uşaqlar
FaceBook Twitter Google