Tbilisidə keçirilən kikboksinq üzrə yarışda Avtandil Mehdiyev və Rəvan Koxayev Gürcüstan çempionu olublar
14-16 oktyabr tarixlərində Tbilisidə kikboksinq üzrə Gürcüstan çempionatı keçirilib. Yarışa Marneulidən 12 idmançı qatılıb. 12 idmançıdan Avtandil Mehdiyev və Rəvan Koxayev Gürcüstan çempionu olublar.

“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yarışa Marneulidən iki idman klubu qatılıb. Onun bildirdiyinə görə, bu yarışda qələbə qazanan idmançılar növbəti yerli və beynəlxalq yarışlarda iştirak edəcəklər.

“Marneulidən yarışda iştirak edən klublardan biri mənim rəhbərlik etdiyim “Görarxı” idman klubudur. Digəri isə Namiq Səfərovun rəhbəri olduğu “Cəlil Səfərov” adına idman klubudur. Yarışa iki idman klubundan 12 idmançı ilə qatılmışdıq. Onlardan ikisi çempion oldu. 5 nəfər ikinci yerə çıxdı. 5 nəfər isə üçüncü yeri qazandı. Bu yarışda Gürcüstan çempionu adına layiq görülənlər növbəti yerli və beynəlxalq yarışlarda iştirak etmək hüququ qazandılar”.

Kikboksinq üzrə Gürcüstan çempionatı uğrunda keçirilən yarışda müxtəlif şəhər və bələdiyyələrdən 160-a yaxın idmançı iştirak edib. Yarışa qatılan klublar arasında Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun yetirmələri klublar arasında birinci yeri qazanıblar. 8 müxtəlif çəki üzrə yarışa qatılan “Qaracalar” idman klubunun yetirmələrindən bir nəfəri 1-ci yerə, 5 nəfər idmançısı isə ikinci yerə çıxıb.

Gürcüstan Kikboks və Tayboks Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış paytaxt Tbilisidə yerləşən Gürcüstan Bədən Tərbiyəsi və İdman Universitetinin idman zalında keçirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google