Uşaq tamaşası Luna və Atəşböcəkləri Planeti Marneulinin kəndlərində göstəriləcək
Uşaq tamaşası Luna və Atəşböcəkləri Planeti Marneulinin kəndlərinə səyahət edəcək. İlk səfər 19 oktyabrda, Tsereteli inzibati vahidliyinə baş tutub. Nümayiş müxtəlif seanslarla keçirilib.

Tamaşa 7-10 yaşa qədər olan uşaqlar və onların valideynləri üçün nəzərdə tutulub.

“Luna və Atəşböcəkləri Planeti” bir ailənin hekayəsindən söhbət açır. Ailənin ətrafında möcüzəli sərgüzəştlər baş verir. Valideynlər övladların tərbiyəsini və ailə işlərini bərabər bölürlər. Övladlarını dəstəkləyir və inkişaf etdirirlər. Çünki onların hər birinin, cinsindən asılı olmayaraq əvəzolunmaz və xüsusi olduğuna inanırlar. Tamaşanın məzmunu kiçik tamaşaçılara, eləcə də valideynlərə yaxın adamların həmişə qayğısına qalmağın ailə xoşbəxtliyinin və harmoniyanın əsası olduğunu xatırladır.

Marneuli Mədəniyyət Mərkəzinin məlumatına görə, tamaşanın Algeti, Şulaveri, Şaumyan, Qaçağan, Sadaxlı, Tamarisi, Tserakvi, Xocorni inzibati vahidliyinə daxil olan kəndlərdə nümayiş olunması planlaşdırılır. Tamaşa azlıqların dilinə tərcümə olunub və azərbaycanlıların, ermənilərin sıx məskunlaşdığı kəndlərdə, onlara aydın olan dildə təqdim olunacaq.

Tamaşa BMT-nin Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin, Marneuli Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı nəticəsində, Avropa İttifaqının dəstəyi ilə yaradılıb.

Təqdimatda iştirak etmək əvvəlcədən rezervasiya vasitəsi ilə olur. Tədbirin keçirilməsinin dəqiq tarixləri Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin Facebook səhifəsində mərhələli şəkildə yayımlanacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google