Gürcüstan parlamenti Avropa Komissiyasının tələbi ilə baş
prokurorun yeni qaydalara uyğun seçilməsini nəzərdə tutan
konstitusiyaya düzəlişləri birinci oxunuşda təsdiq edib.
Səsvermə qanunverici orqanın saytında yer alıb.
Qeyd edək ki, konstitusiyaya dəyişiklik etmək üçün 150 deputatdan
113-nün razılığı tələb olunurdu. Layihəyə əsasən, növbəti iki
çağırış parlament 150 deputatın beşdə üç səsi ilə baş prokuroru
altı il müddətinə təsdiq etməlidir. Əgər bunu iki dəfə etmək
olmasa, o zaman baş prokuror 76 səslə deyil, 1 il
müddətinə təyin
ediləcək.
Gürcüstanın hazırkı baş prokuroru 2020-ci ilin fevralında bu
vəzifəyə seçilən İrakli Şotadzedir.