Marneulinin 74 ictimai məktəbinin hamısında məktəbi direktor səlahiyyətlərini icra edən şəxslər idarə edir – sertifikatlaşdırma prosesi başlayır
İctimai məktəb direktoru olmaq istəyənlər üçün sertifikatlaşdırma prosesi başlayır. 2022-ci ilin 24 oktyabrından 4 dekabra qədər qeydiyyatdan keçmək mümkün olacaq. Marneuli bələdiyyəsindəki ictimai məktəb direktorlarının direktor vəzifəsində qalmaqla bağlı 6 illik müddəti 2020-ci ildə başa çatıb. 74 məktəbi hazırda direktor səlahiyyətlərini icra edən şəxslər idarə edir.

Direktor olmaq istəyənlər üçün sertifikatlaşdırmanın iki pilləsi – test və müsahibə mərhələsi mövcuddur.

Sertifikat almaq istəyənlər müvafiq linkdə qeydiyyatdan keçməlidirlər – https://directors.mes.gov.ge

Ali təhsili olan Gürcüstan vətəndaşlarına sertifikatlaşdırma prosesində iştirak etmək hüququ veriləcək. Onların ən az 3 illik iş təcrübəsi olmalıdır.

2020-ci ildə elan edilmiş müsabiqə çərçivəsində artıq qeydiyyatdan keçmiş şəxslər üçün yenidən qeydiyyata ehtiyac yoxdur.

Direktorluq istəyi olanlar üçün imtahan proqramı və test nümunələri 24 oktyabrdan qeyd olunan veb-səhifədə əlçatan olacaq: https://directors.mes.gov.ge

Direktorluq istəyi olanların 26 oktyabrdan https://el.ge veb-səhifəsində vebinar olaraq məsləhət almaq imkanı olacaq. Məsləhət ala biləcəkləri mövzular bunlardır:
  • Məktəb direktoru standartı
  • Təhsil keyfiyyətinin idarə edilməsi mexanizləri
  • Məktəbin strateji planlaması və inkişafı
  • Məktəb kurrikulumunun hazırlanması
  • Məktəb kurrikulumunun tətbiqi: şagirdə istiqamətlənmiş proses
  • Məktəb kurrikulumunun monitorinqi və qiymətləndirilməsi
  • İnsan resurslarının idarə edilməsi və inkişafı
  • İnsan və proseslərin təhlükəsizliyi
  • Maddi və maliyyə resurslarının idarə edilməsi
  • Məlumat resursları və strateji ünsiyyət
  • Şagird hüquqlarının müdafiəsi və onlara dəstək tədbirləri
  • Məktəb mədəniyyətinin yaradılması
Sertifikatlaşdırma ilə maraqlanan şəxslərin konkret sualları elektron poçt ünvanına göndərmək imkanı olacaq– This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it .

Print ელ. ფოსტა
FaceBook Twitter Google