Bolnisi idmançıları kikboksinq üzrə Gürcüstan çempionatında qələbə qazanıblar
13-16 oktyabr tarixlərində Tbilisidə Gürcüstan taiboks və kikboks Milli Federasiyasının təşkilatçılığı ilə keçirilən 29-cu Gürcüstan çempionatında Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət göstərən “İnam kikboks klubu”nun iki idmançısı iştirak edib.

“İnam kikboks klubu”nun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun tələbələrindən biri birinci yerə çıxıb, biri isə ikinci yerə layiq görülüb.

“Bizim idman klubunda məşqlər tam ödənişsizdir. Mənim arzum elimə-obama çempion yetişdirməkdir. Uşaqların və gənclərin düzgün mövqedə olmağını, pis vərdişlərdən uzaq durmalarını, sağlam və güclü olmalarını istəyirəm. Gürcüstan çempionatında mənim iki tələbəm Rüfət Məmmədov birinci yerə çıxdı. Digər idmançım Nuru Kələyev isə ikinci yeri qazandı”.

Bəxtiyarovun sözlərinə görə, Bolnisi icra hakimiyyəti tərəfindən ona və iki idmançısına mükafat verilib.

“İnam kikboks klubu” Şahin Bəxtiyarov tərəfindən 2013-cü ilin dekabrında yaradılıb. Yaradıldığı gündən bu günə qədər idman klubu 152 idmançı yetişdirib.

Qeyd edək ki, Gürcüstan çempionatında Marneulidən 12 idmançı qatılıb. 12 idmançıdan Avtandil Mehdiyev və Rəvan Koxayev Gürcüstan çempionu olublar. 5 nəfər ikinci yerə çıxıb. 5 nəfər isə üçüncü yeri qazanıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google