Marneuli bazar ərazisində küçə ticarəti problemi hələ də həll olunmayıb
22:48 / 21.10.2022
Marneuli bazar ərazisində küçə ticarəti problemi hələ də həll
olunmayıb. Kustar qaydada düzəldilmiş piştaxtalarda əsasən pendir,
kəsmik, qatıq və digər süd məhsulları temperatur rejiminə riayət
etmədən satılır. Müştəri isə kifayət qədər çoxdur. Bələdiyyə
özünüməşğullara dəfələrlə bazarın daxili ərazisinə keçməyi təklif
edib. Ancaq piştaxtalar üçün təyin edilmiş vergiyə görə onlar
bazarın daxilinə keçmək istəmirlər.
Yerli özünüidarədən bildirdilər ki, meriyanın Nəzarət Xidməti küçə
ticarətini qadağan etmək üçün tədbirlər aparmağı planlaşdırır.
Bələdiyyənin Nəzarət Xidmətinin rəhbəri Tural İsmayılov bildirdi
ki, antisanitariyaya hallarında onların xidməti yerindəcə cərimə
yaza biləcək. Ancaq ona qədər məlumat kampaniyası aparacaqlar.
Özünüməşğulların yenidən bazar ərazisinə keçirilməsi
planlaşdırılır.