Marneuli bazar ərazisində küçə ticarəti problemi hələ də həll olunmayıb
Marneuli bazar ərazisində küçə ticarəti problemi hələ də həll olunmayıb. Kustar qaydada düzəldilmiş piştaxtalarda əsasən pendir, kəsmik, qatıq və digər süd məhsulları temperatur rejiminə riayət etmədən satılır. Müştəri isə kifayət qədər çoxdur. Bələdiyyə özünüməşğullara dəfələrlə bazarın daxili ərazisinə keçməyi təklif edib. Ancaq piştaxtalar üçün təyin edilmiş vergiyə görə onlar bazarın daxilinə keçmək istəmirlər.


Yerli özünüidarədən bildirdilər ki, meriyanın Nəzarət Xidməti küçə ticarətini qadağan etmək üçün tədbirlər aparmağı planlaşdırır. Bələdiyyənin Nəzarət Xidmətinin rəhbəri Tural İsmayılov bildirdi ki, antisanitariyaya hallarında onların xidməti yerindəcə cərimə yaza biləcək. Ancaq ona qədər məlumat kampaniyası aparacaqlar. Özünüməşğulların yenidən bazar ərazisinə keçirilməsi planlaşdırılır.

Print