Bu gün, 23 oktyabr tarixində axşam saat 17:30 radələrində Marneuli
rayonunun Qızılhacılı kəndində silahlı insident baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 45-50 yaşlarında olan
bir nəfər çayxanada odlu silahdan açılan atəş nəticəsində
yaralanıb.
24News.ge-nin yazdığına görə, Arif Əzizov adlı şəxs çayxanada olan
zaman naməlum şəxs tərəfindən ona bir neçə dəfə atəş açılıb.
Ayağından güllə yarası alan Arif Əzizov ətrafda olan şəxslər
tərəfindən xəstəxanaya aparılıb.
Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma
aparılır.