Qızılhacılı kəndində bir nəfərə odlu silahdan atəş açılıb
Bu gün, 23 oktyabr tarixində axşam saat 17:30 radələrində Marneuli rayonunun Qızılhacılı kəndində silahlı insident baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 45-50 yaşlarında olan bir nəfər çayxanada odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

24News.ge-nin yazdığına görə, Arif Əzizov adlı şəxs çayxanada olan zaman naməlum şəxs tərəfindən ona bir neçə dəfə atəş açılıb. Ayağından güllə yarası alan Arif Əzizov ətrafda olan şəxslər tərəfindən xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

"Marneuli" Radiosu
Print