2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə Gürcüstan kapitalı
ilə 29 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü
ilə müqayisədə 8 şirkət çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan
Gürcüstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda
artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Gürcüstan
şirkətlərinin məcmu kapitalı 16,7 milyon türk lirəsi olduğu halda,
2021-ci ilin eyni dövründə bu rəqəm 8 milyon türk lirəsi təşkil
edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr
aylarında Gürcüstan şirkətlərinin əksəriyyəti İstanbulda (23)
qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Gürcüstan şirkətlərinin
ümumi kapitalı 6,3 milyon türk lirəsi təşkil edib”, –
deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə
Gürcüstan kapitalı ilə 2 ixracat, 17 topdan və pərakəndə ticarət
şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Mənbə: trend.az