Qızılhacılı kəndində baş verən silahlı insidentə görə cinayət işi açılıb
Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş silahlı insidentlə bağlı cinayət işi açılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 120-ci və 236-cı maddəsi ilə istintaq aparılır. Həmin maddələr qəsdən sağlamlığa zərər vurma və odlu silahın qanunsuz əldə edilməsi-saxlanılması-daşınmasını nəzərdə tutur.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 45-50 yaşlarında olan bir nəfər çayxanada odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

24News.ge-nin yazdığına görə, Arif Əzizov adlı şəxs çayxanada olan zaman naməlum şəxs tərəfindən ona bir neçə dəfə atəş açılıb. Ayağından güllə yarası alan Arif Əzizov ətrafda olan şəxslər tərəfindən xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb.

Print ელ. ფოსტა
თეგები: Cinayet Marneuli Qızılhacılı
FaceBook Twitter Google