Gürcüstanda kredit götürənlərin 11,4%-nin vaxtı keçmişdir.
“Kreditinfo”nun 2022-ci ilin sentyabr ayına olan statistikasına
əsasən, 215 909 borcalanın ödəmə müddəti 30 gündən 3 ilə qədər
keçib, müqavilələrin sayı isə 412 043-dür.
Ümumilikdə, sentyabr ayına olan məlumata görə, Gürcüstanda 1 895
529 nəfərin maliyyə sektoruna 35 335 692 740 lari borcu var.
Qeyd edək ki,
borcalanların 84,5%-i bank sektorunun payına düşür,
yəni sentyabr ayına olan məlumata görə, ümumilikdə 1 600 991
borcalan banklardan 32 121 045 013 lari kredit götürüb.
Bundan əlavə, GMB tərəfindən tənzimlənən digər maliyyə
institutlarının (mikromaliyyə, kredit təşkilatları) 694 618
kreditoru var və verilən kreditlərin məbləği 2 774 443 297 lari
təşkil edir. Daha 22 469 nəfər, ümumilikdə, lizinq, tikinti və
digər növ şirkətlərdən 440 204 430 lari kredit götürüb.