22 oktyabr tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kənd
stadionunda raqbi uşaq festivalı keçirilib.
Marneuli İdman Məktəbinin məlumatına görə, festivalda 9 raqbi
komandası iştirak edib. “Marneuli Armazi”-nin 5 komandası, eləcə də
Tetritskaronun 1, Bolnisinin 1, Tbilisinin 2 raqbi komandası
iştirak edirmiş.
“Tədbirdə Marneuli bələdiyyəsinin İdman Məktəbinin
direktoru Mamuka Naveriani və Raqbi klubu “Armazi”-nin rəhbəri
Qiorqi Soselia iştirak edib. Festivalın məqsədi gənclər arasında
raqbinin məşhurlaşdırılması, onların gündəlik həyatında sağlam
həyat tərzinin tətbiqi və ictimaiyyətdə idmanın əhəmiyyəti barədə
məlumatlandırma səviyyəsinin artırılmasıdır. “Marneuli Armazi”də bu
gün 110-a qədər uşaq məşq edir. Bu isə gənclərdə sağlam həyat
tərzinin tətbiqi və perspektivli raqbiçilərin kəşf edilməsinə
dəstək olur. Məşqlər üç məkanda aparılır: Tsereteli, Saimerlo və
Tamarisi kəndlərində”, – İdman Məktəbinin yayımladığı
məlumatda qeyd olunub.
Festivalda iştirak edən bütün komandalar simvolik olaraq kubok və
medallarla mükafatlandırılıblar.
Tədbirin təşkilatçısı Marneuli bələdiyyəsinin İdman məktəbi və
raqbi klubu “Marneuli Armazi” idi.