Marneulili idmançılar Tbilisdə keçiriləcək “Fransız boksu” üzrə beynəlxalq turnirdə iştirak edəcəklər
30 oktyabr tarixində Tbilisdə “Fransız boksu” üzrə beynəlxalq turnir keçiriləcək. Tbilisi meriyasının təşkil etdiyi turnirdə Marneulili idmançılar da iştirak edəcəklər. “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi “Qızıl canavar” karate idman klubundan iki idmançı yarışda iştirak edəcək.

“Tbilisidə keçirilən peşəkar yarışda Marneulidən 55 kq çəki dərəcəsində Altun Əsgərov və 70 kq çəki dərəcəsində Məhəmməd Əhmədov iştirak edəcək. Yarışa Marneuli, Qardabani, Bolnisi, Saqareco, Tbilisi və Gürcüstanın digər bölgələrdən idmançılar qatılacaqlar”, – Faiq Məmmədov dedi.

Məmmədovun sözlərinə görə, yarışda birinci yerə çıxan idmançıya 200 lari, ikinci yeri qazanan idmançıya isə 100 lari pul mükafatı veriləcək.

Tbilisdə keçiriləcək “Fransız boksu” üzrə beynəlxalq turnirdə Gürcüstanla yanaşı Azərbaycan, İran və Ermənistan idmançıları da iştirak edəcəklər.

Print ელ. ფოსტა
თეგები: Döyüş İdman Marneuli Tbilisi Turnir
FaceBook Twitter Google